Finlandiyanın paytaxtı Helsinkidə naməlum şəxs bıçaqla küçədə insanlara hücum edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər yaralanıb. Onlardan ikisi böyük, biri azyaşlıdır. Hadisə digər uşaqların gözü önündə baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Polis insanlara hücum edənin şəxsiyyətini müəyyənləşdirib.
Hazırda onun tutulması istiqamətində işlər aparılır.
Son xəbərlər
Son Xəbərlər