Sabirabad rayonunda biçilməmiş taxıl sahəsi yanıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Nizami kəndində vətəndaşlara məxsus ərazidə 5 hektar sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 15:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər