Bıçkov SOCAR-dan getdi -

bickov-socar-dan-getdi-
Oxunma sayı: 792


“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə "SOCAR Energy Ukraine"nın mətbuat xidmətindən məlumat veriblər.

V.Bıçkovun şirkətdən getməsinin səbəbləri barədə təfərrüatlar açıqlanmır.

V.Bıçkov "SOCAR Ukraine"da 2009-cu ildə Tala Nafta yanacaqdoldurmalarının (Nikolayev və Odessa vilayətlərində 20-yə yaxın yanacaqdoldurma məntəqəsi) Azərbaycan şirkəti tərəfindən alınmasından sonra fəaliyyətə başlayıb.

Məhz bu şəbəkə ilə SOCAR Ukraynanın pərakəndə bazarında işə başlayıb.

Hazırda SOCAR-ın Ukraynada 52 yanacaqdoldurma məntəqəsi var. Şirkət 2015-ci ilin sonunadək bu məntəqələrin sayını 60-a çatdırmaq niyyətindədir.

Dövlət Neft Şirkəti Azərbaycanda yeganə neft məhsulları istehsalçısıdır. Azərbaycan, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaqdoldurma məntəqələrinin sahibidir.

2014-cü ildə şirkət Azərbaycandan 1,2 milyon ton neft məhsulu ixrac edib. 2013-cü ildə bu rəqəm 1,05 milyon ton təşkil edib.

“Qafqazinfo”