İcra nümayəndəsi Qarabağ veteranını döydü?

icra-numayendesi-qarabag-veteranini-doydu
Oxunma sayı: 683

Qəşəm İsayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Sabirabad rayon İcra nümayəndəsi İsmayılov Cəmil onu şəxsi maşınında döyüb: “Sentyabrın 1-i saat 13.00 radələrində mən maşınımla gedirdim. Yolda tanımadığım maşın mənim maşınmı saxlatdı və mənə yaxınlaşıb yumruq zərbələri endirdi. Mən müqavimət göstərmədim və polisə müraciət etdim”. Q. İsayev onu da vurğulayıb ki, icra nümayəndəsi onu ölümlə hədələyib: “Mənə dedi ki, səni öldürəcəyəm. Pulum da var, verib polisə canımı qurtaracağam”.

Qarabağ veteranı polisin onun şikayətinə baxmamasını da elə bununla əlaqələndirib: “Şəxsi işində 3 töhmət olduğu halda hələ də vəzifədə olan və vətəndaşı açıq aydın ölümlə hədələyən bir adam polisə də yəqin ki, pul verib ki, mənim şikayətimə baxılmasın”.

İsayev Qəşəm onu da xatırladıb ki, o, Kür daşqınlarından əziyyət çəkib və icra nümayəndəsindən ona dəyən ziyanın ödənilməsini tələb edib.

Fatimə Kərimli