“Bihter” gələn həftə nümayiş olunacaq

bihter-gelen-hefte-numayis-olunacaq
Oxunma sayı: 3686

“Aşk-ı Memnu” serialı əsasında çəkilmiş “Bihter” filmi ilk dəfə 16 noyabrda rəqəmsal platformada nümayiş olunacaq.

“Qafqazinfo” xəbər verir ki, film Mehmet Binay və Caner Alperin rejissorluğu ilə çəkilib.

Ekran işinin aktyor heyətində Farah Zeynep Abdullah, Boran Kuzum, Osman Sonant, Hande Ataizi, Helin Kandemir, Nezaket yer alıb.

“TAFF Pictures”in çəkdiyi filmin ssenari müəllifi Merve Göntemdir.

Qeyd edək ki, filmdə “Bihter Ziyagil” obrazını aktrisa Farah Zeynep Abdullah, “Behlül” obrazını isə aktyor Boran Kuzum canlandırır. 

Xatırladaq ki, illər əvvəl “Kanal D”də yayımlanmış “Aşk-ı Memnu” serialında baş rolları Beren Saat (Bihter) və Kıvanç Tatlıtuğ (Behlül) canlandırıblar.