“Bihter”in qalasındakı geyimi filmdən çox danışıldı - Fotolar

bihterin-qalasindaki-geyimi-filmden-cox-danisildi
Oxunma sayı: 5646

"Aşk-ı Memnu" romanı əsasında ekranlaşdırılan "Bihter" filminin qala gecəsi keçirilib. 

“Qafqazinfo” “Kelebek”ə istinadən xəbər verir ki, premyerada Adnan obrazını canlandıran Osman Sonant istisna olmaqla, “Bihter” komandası iştirak edib.

Sonantın ailə problemlərinə görə gecəyə gəlmədiyi iddia edilib.

Aktyorlar premyeradan əvvəl mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

“Bihter” obrazını canlandıran Farah Zeynep Abdullah “Aşk-ı Memnu” serialı ilə bağlı sualı belə cavablandırıb: “Aşk-ı Memnu mənim üçün əfsanəvi bir əsər idi. Eyni ssenari, lakin iki fərqli iş. Bu qədər gözəl ssenari olduğu üçün bizdən sonra onu yenidən çəkəcəklər”.

Eyni sualı Behlül obrazını canlandıran Boran Kuzumun cavabı isə belə olub: “Bunun müqayisə oluna biləcəyini düşünmürəm. Hər kəs bu layihəyə fərqli, yaxşı iş görmək üçün daxil olub".

Həmin vaxt araya girən Farah Zeynep Abdullah “Aktyorlar kimi büdcələr də çox fərqlidir, niyə müqayisə olunduğunu anlamıram”, - deməsi heyəti güldürüb.

Ana və qızı canlandıran Farah Zeynep Abdullah və Hande Ataizi haqqında bir müddət əvvəl çəkiliş zamanı aralarında küsülülük olması ilə bağlı iddaların yalan olduğunu bildiriblər.

Qalada daha çox yadda qalan isə Farah Zeynep Abdullahın “Maison Margiela” imzalı libası olub. Aktrisa 124 min lirəlik libasla bağlı bunları deyib: “Qeyri-adi libas istəyirdim, tam arzuladığım paltarı geyindim. Buna görə çox xoşbəxtəm”. 

Hande Ataizi isə 1 milyon dollarlıq qolbaq taxıb. Zərgərlik şirkəti gecə üçün xüsusi olaraq aktrisaya göndərdiyi qolbaq üçün iki mühafizəçi də təyin edib.