İki əsgərimiz şəhid oldu

iki-esgerimiz-sehid-oldu
Oxunma sayı: 699

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev Trend-ə bildirib ki, çərşənbə günü Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub.

Abdullayev deyib ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib.

Atışma zamanı Azərbaycan tərəfi də itki verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.