İki nəfər maşında yandı

iki-nefer-masinda-yandi
Oxunma sayı: 655

“Qafqazinfo”nun məlumatına görə, Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat idarəsinin müstəntiqi Qəzənfər Mansurov APA-ya bildirilib ki, hadisə iyulun 9-da saat 17.00 radələrində Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində, Salyanın Yenikənd kəndi ərazisində baş verib.

Bakı şəhəri Binəqədi rayon sakini, 1969-cu il təvəllüdlü Rasim Sahibzaman oğlu Şirəliyevin Rusiyaya məxsus idarə etdiyi KAMaz markalı yük maşını ilə Salyan rayonunun Xələc kənd sakini, Qobustan cəzaçəkmə müəssisəsinin əməkdaşı Rəsul Becan oğlu Fərzəliyevin idarə etdiyi “Qaz-31” markalı 10-MN-443 dövlət nömrə nişanlı maşınla toqquşub.

Hadisə zamanı “Qaz-31” qəfil alovlanmağa başlayıb. FHN-nin əməkdaşları hadisə yerinə gələrək, yanğını söndürüblər.

Lakin “Qaz-31” sürücüsü Rəsul Fərzəliyev və onun sərnişini və həmkarı maşının içərisində yanaraq ölüblər.

Faktla bağlı BDYP–nin istintaq və təhqiqat idarəsində cinayət işi açılıb, araşdırma aparılır.