“İki polis qollarından tutdu, biri yumruqladı” - Açıqlama

iki-polis-qollarindan-tutdu-biri-yumruqladi-aciqlama
Oxunma sayı: 682


Oktyabrın 1-də bir qrup QAT üzvü boks üzrə dünya çempionatı keçirilən idman kompleksinə daxil olub və erməni idmançılarının yarışda iştirakına qarşı aksiya keçirib. Aksiya iştiralçıları yarış keçirilən zala tək-tək daxil olmuş, nəzərə çarpmadan tamaşaçıların içərisində yer tutmuşlar. QAT-dan “Qafqazinfo”ya daxil olan məlumata görə, polis əməkdaşlarının ciddi yoxlamalrına baxmayaraq xeyli sayda QAT-çı zala girə bilmişlər. Polis əməkdaşları bəzi aksiyaçıları, o cümlədən QAT sədrinin müavini Gültəkin Quliyevanı tanıyaraq zaldan çıxarmış, İlqar Əliyevin zala girməsinə imkan verməmişlər. İçəridə olan etirazçılar erməni idmançısının rinqə çıxmasını gözləmişlər. Axşam saat 20:00 radələrində erməni idmançı rinqə gələrkən hər tərəfdən “Rədd olsun ermənilər!” , “Erməniləri dəvət edənlərə ar olsun!” , “Ya Qarabağ, Ya ölüm!” şüarları səsləndirilmiş, erməni idmançısının daxil olduğu rinq daş atəşinə tutulmuşdur. Yarış dayandırılmış, idmançılar və hakimlər rinqi tərk etmişlər. Yüzlərlə polis aksiya iştirakçılarına hücum etmiş, zor tətbiq etmiş, aksiya iştirakçılarından 7 nəfəri, o cümlədən Elşən Məmmədli, Rasim Əlizadə, Etibar Əliyev və digərlərini həbs etmişlər. Nəsimi rayonunun 20-ci polis bölməsində onlar döyülmüşlər, Əli adında polis mayoru Elşən Məmmədlinin sifətinə yumruqla zərbə endirmişdir, bu vaxt 2 polis nəfəri Elşən Məmmədlini qollarından tutub saxlayırdılar.

Saxlanılanlar 2 saatdan sonra xəbərdarlıq edilərək sərbəst buraxılıblar.