İki təyyarə havada toqquşdu

iki-teyyare-havada-toqqusdu
Oxunma sayı: 642

ANS PRESS-in “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Ərəbistanda birgə təlim-məşq uçuşu zamanı baş verib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, qəza nəticəsində xəsarət alan olmayıb.

Təlim uçuşu zamanı Fransa HHQ-nin “Mirage” və Səudiyyə Ərəbistanı HHQ-nin F-15 qırıcıları toqquşublar. Təyyarəçilər katapult yolu ilə xilas olublar.

Faktla bağlı araşdırmalara başlanılıb.