İki yanacaqdoldurma məntəqəsində partlayış təhlükəsi yarandı

iki-yanacaqdoldurma-menteqesinde-partlayis-tehlukesi-yarandi
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, Bakı-Qazax yolunun Ələt qəsəbəsi ərazisindən keçən hissəsində – Astaraya ayrılan yolun kənarındakı böyük qamışlıq ərazidə bu gün səhər saatlarından güclü yanğın başlayıb. Qamışlıq ərazinin yanında isə 2 yanacaqdoldurma məntəqəsi yerləşir. Onların biri “SOCAR”ın, digəri isə “İ-Petrol” yanacaqdoldurma məntəqəsidir. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunublar. Hazırda yanğınsöndürənlər baş vermiş yanğını söndürməyə çalışırlar.