Yunan foto-müxbir Qiorqos Mutafis Türkiyəyə buraxılmayıb.
“Qafqazinfo” rus mediasına istinadən xəbər verir ki, Alman tabloidi “Bild”in sifarişi əsasında Liviyaya yollanmalı olan Mutafis İstanbulda saxlanılıb. Bazar günü Liviyaya uçmalı olan foto-müxbir Afinaya qayıtmaq məcburiyyətində qalıb. O, “Pasport nəzarəti zamanı mənə adımın hansısa siyahıya daxil olduğunu və Türkiyəyə keçə bilməyəcəyimi dedilər. Səhər tezdən mənim pasportumu aldılar və gözlətdilər. Gecəni hava limanının otaqlarından birində keçirməli oldum. Mənə niyə siyahıda adımın olduğunu demədilər”- deyə bildirib.
Qeyd edək ki, Qiorqos Mutafis tanınmış fotoqraf və video-müxbirdir. O, daha çox son illər qaçqınlarla bağlı çəkdiyi fotolarla tanınır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər