Aprelin 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, məhdudiyyət aparılan təmir işləri ilə əlaqədardır.
Məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.
Son xəbərlər
Son Xəbərlər