Bilərzik alıb dəstək oldular- - Fotolar

bilerzik-alib-destek-oldular-
Oxunma sayı: 2054


“Qafqazinfo”nun məlumatına görə, uşaq evlərinə yardım və məhəllə futboluna dəstək məqsədi ilə keçirilən aksiyaya müğənni Natavan Həbibi və rəqqasə Oksana Rəsulova qoşulub. Aksiyanın rəmzi sayılan bilərzikləri satın alan məşhurlar tədbirə qatılanlarla foto çəkdirib.  

Rəqqasə Oksana Rəsulova xeyriyyə aksiyalarında iştirak etməyə xüsusi önəm verdiyini bildirib.

Müğənni Natavan Həbibi aksiya haqda təəssüratlarını bölüşüb:

“Xeyriyyə aksiyasına qoşulmaq istəyənlər ianə qutularına imkanları çatan qədər yardım etsinlər. Buraya qatılan şəxslər 20 qəpik verərək bilərzik ala bilərlər. Bilərziklər simvolik xarakter daşıyır. Artıq 18 mindən artıq bilərzik satılıb. Tədbir İrəli İctimai Birliyinin və Heydər Əliyev fondunun dəstəyi ilə keçirilir. Aksiya 28 iyuna qədər davam edəcək. Burada əsas məqsəd uşaq evlərinə yardım etməkdir”.

Könül