Biləsuvar, Balakən və Şəmkir sakinlərinin nəzərinə!

bilesuvar-balaken-ve-semkir-sakinlerinin-nezerine
Oxunma sayı: 1646

“Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində mayın 19-u planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz”dan “Qafqazinfo”ya bildirilib.

Təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.