Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna Biləsuvar İcra Hakimiyyətinin başçısı və qurumun əməkdaşları da qoşulub.
“Qafqazinfo” xəbər verir ki, icra başçısı Mahir Quliyev başda olmaqla, rayon İcra Hakimiyyəti başçısı Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşları miqdarında vəsaiti fonda köçürəcəklər.
Son xəbərlər
Son Xəbərlər