Biləsuvar rayonunda qətl hadisəsi törədilib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Təyyarə meydanı deyilən yeni yaşayış massivinin sakini Qubadov Röyal Şahin oğlu dayısı Hüseynov Vüqar Haxverən oğlunu bıçaqlayıb.
Ağır bıçaq yarası alan V. Hüseynov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Sahbazov
Son xəbərlər
Son Xəbərlər