Biləsuvar sakini hündürlükdən yıxılıb öldü

bilesuvar-sakini-hundurlukden-yixilib-oldu
Oxunma sayı: 5923

Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo”nun məlumatına görə, 1979-cu il təvəllüdlü Abdulov Nahid Qurban oğlu hündürlükdən yıxılıb.

Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.

Surxay Şahbazov