Biləsuvar sakini ov silahı ilə vuruldu - Qohumu saxlanıldı

bilesuvar-sakini-ov-silahi-ile-vuruldu
Oxunma sayı: 3851

İyulun 6-da saat 18:30 radələrində Biləsuvar rayonu ərazisində 1989-cu il təvəllüdlü Elçin Əmənovun idarə etdiyi “Mercedes” markalı avtomobildə ov silahından açılan atəş nəticəsində sağ əlindən xəsarət alıb.

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü, qohumu Emin Kərimli polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.