Biləsuvar sakinini Bakıda “tok” vurdu

bilesuvar-sakinini-bakida-tok-vurdu
Oxunma sayı: 2969

Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Qaradağ rayonunun ərazisində yerləşən daş karxanalarının birində baş verib. 

Biləsuvar şəhər sakini olan, Quliyev Vəli Hüseyn oğlu bu gün karxanada işdə olarkən, ehtiyatsızlıqdan dünyasını dəyişib. Şahidlərin sözlərinə görə V.Quliyev idarə etdiyi daşyükləyən aqreqata elektrik enerjisi ilə təmin edən xəttin yerini dəyişərkən onu tok vurub. O, hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 1985-ci il təvəllüdlü olub. Uzun illərdir karxanada çalışan V.Quliyev 3 uşaq atası idi.