Biləsuvar və Cəlilabadda Azercell Ekspres ofisləri açıldı

bilesuvar-ve-celilabadda-azercell-ekspres-ofisleri-acildi
Oxunma sayı: 1292

Azercell Telekom MMC Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Şirkətin bu günlərdə daha iki rayonda AzEx ofisi fəaliyyətə başlayıb. “Qafqazinfo”nun məlumatına görə, şirkət martın 9-da Biləsuvar və Cəlilabad şəhərlərində yeni AzEx ofisini abonentlərin istifadəsinə verib. Bununla da şirkət bölgədəki AzEx ofislərinin sayını 24-yə çatdırıb.

Qeyd edək ki, Biləsuvar və Cəlilabadda fəaliyyətə başlayan AzEx ofisi də “bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. Azercell şirkəti tək Azərbaycanda deyil, bütün regionda “bir nöqtədə üç xidmət” konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, Azercell-in Bakıda 16, rayonlarda isə 24 Ekspres Ofisi fəaliyyət göstərir.

Şirkət bu ilin sonuna qədər Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir.

Nigar Məmmədli