Biləsuvarda 2 “VAZ” toqquşdu, ölən var

bilesuvarda-2-vaz-toqqusdu-olen-var
Oxunma sayı: 1341

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza martın 5-də saat 2 radələrində qeydə alınıb. 

M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.