Biləsuvarda ağır qəza, bir ölü, iki yaralı - Yenilənib

bilesuvarda-agir-qeza-bir-olu-iki-yarali
Oxunma sayı: 4434

Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində minik avtomobili aşaraq su kanalına düşüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində Cəlilabad rayonun Üçtəpə kəndinin sakini Qafarov Nail Nəzər oğlunun idarə etdiyi BMW markalı minik avtomobilinin aşması nəticəsində həmkəndlisi Qafarzadə İbrahim Nəzər oğlu dünyasını dəyişib.

Digər həmkəndlisi Abbasov Eləkbər Tahir oğlu sürücü ilə yanaşı, orta dərəcəli bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasının reaminasiya şöbəsində yerləşdirilib.

Surxay