Biləsuvarda avtomobil aşdı - Xəsarət alanlar var

bilesuvarda-avtomobil-asdi
Oxunma sayı: 2563

Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmptəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayonun Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Əsədov Amil Ramiz oğlunun idarə etdiyi “Mercedess” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. 

Qəzada sürücü, sərnişin qismində olan həmkəndliləri 1996-cı il təvəllüdlü Nicat Telman oğlu Tarverdiyev və 1991- cı il təvəllüdlü İsmayıllı Murad Zahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov