Biləsuvarda başına dəmir düşən fəhlə öldü

bilesuvarda-basina-demir-dusen-fehle-oldu
Oxunma sayı: 1102

Biləsuvarda bədbəxt hadisə baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhərdə taxta-şalban sexində qeydə alınıb.

Həmin sexdə gənc fəhlənin başına dəmir düşüb. Aldığı travmadan beyninə qan sızan yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.