Yanvarın 14-də Biləsuvar rayonunda 32 yaşlı ailə başçısı özünü asıb.
Biləsuvar Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Bağbanlar kənd sakini 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.
Qeyd edək ki, Firuz Sadıqov evli idi.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər