Biləsuvarda Heydər Əliyevin xatirəsi yad edildi - Foto

bilesuvarda-heyder-eliyevin-xatiresi-yad-edildi
Oxunma sayı: 1327

Biləsuvar rayonunda mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iştirakçılar əvvəlcə Heydər Əliyevin   abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyublar.
Daha sonra keçirilən tədbirdə çıxış edərn ayon icra hakimiyyətinin başçısı Mahir Quliyev bildirib ki, cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik: “Heydər Əliyev zamanın fövqündə duran  bir insan idi. Bu müdrik rəhbərin bizə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün sözün həqiqi mənasında dinamik və hərtərəfli  inkişaf edən bir ölkədir. Ulu öndərin siyasi kursunu yeni dövrə uyğun olaraq  keyfiyyətcə yeni məzmunda uğurla davam etdirən prezident İlham Əliyevin gördüyü işlər ölkəmizin daha da çiçəklənməsinə, xalqın yaşayış  səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarıb.

Heydər Əliyevin ölkə rəhbəri  kimi Biləsuvar rayonuna da bir neçə dəfə etdiyi tarixi səfərlərin hər biri rayonumuzun sakinlərinin yaddaşında əbədi iz qoymuşdur.  Bu gün respublikamızın inkişaf etmiş rayonlarından biri olan Biləsuvar rayonu abad, yaraşıqlı bir diyara çevrilib”.

Tədbirdə  ümumtəhsil məktəblərinin şagirdləri və  gənc rəssamların hazırladıqları sərgi nümayiş olunub, incəsənət xadimləri və rayon mədəniyyət işçiləri geniş konsert proqramı ilə çıxış edib.