Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu gün rayonda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə hərəkətdə olan “VAZ 2106” və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alan sürücü, Cəbrayıl rayonunun Nüzgar kəndindən olan 1974-ci il təvəllüdlü Əliyev Yalçın İbrahim oğlu Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin müayinəsindən sonra qəzada döş qəfəsinin, qarının küt travması diaqnozu qoyulan sürücü ambulator müalicəyə yazılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər