Bu gün Biləsuvar rayonunda Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda verilən tapşırıqların icrası və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Biləsuvar rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə geniş məruzə edib. M.Quliyev bildirib ki, son 10 il ərzində sürətli sosial-iqtisadi inkişaf yolunda uğurlu nailiyyətləri ilə ölkənin qabaqcıl regionları sırasına çıxmış rayonumuzda da ümumi məhsul buraxılışının həcmi 4.2 dəfə, kənd təsərrüfatı məhsulunun həcmi 4.0 dəfə, sənaye məhsulunun həcmi 10.0 dəfə,əsas kapitala yönəldilən investisiyalar 5.4 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 5.7 dəfə artıb. Bütün bunalrın nəticəsi olaraq son 10 ildə rayonda 15921-i daimi olmaqla, 20605 yeni iş yeri açılıb.
Cari ilin birinci rübündə 1176 yerlik Ağalıkənd tam orta məktəbi əsaslı təmir olunmuş, 220 şagird yerlik Amankənd kənd tam orta məktəbinin yeni binasinin tikintisi isə başa çatdırılmışdır.Biləsuvar rayonu üçün mühüm əhəmiyyət kəsb edən Əsgərabad-Muğan və Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisində əsas işlər görülüb.
Son xəbərlər
Son Xəbərlər