Biləsuvarda mikroavtobus aşdı - 3 ölü +Yenilənib

bilesuvarda-mikroavtobus-asdi
Oxunma sayı: 4919

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayon ərazisindən keçən hissəsində​ mikroavtobus aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananlar var.

Sərnişinlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

***

Dünən axşam saatlarında baş verən qəzada ölənlərin sayı 3 nəfərə çatıb. 

Bakı şəhər, Binəqədi rayon sakini Dəmirov Vəli Baxış oğlu idarə etdiyi “Mersedes Vita” markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər Abşeron rayon Hökuməli kənd sakini Əliyeva Elmira Ağasəf qızı, Binəqədi rayon sakini Dəmirova Pürzəxanım Eynulla qızı və Həşimova Elnarə Hüseynağa qızı vəfat ediblər.

Rəşad Türkoğlu