Biləsuvarda minik avtomobilləri toqquşdu, yaralılar var - Foto

bilesuvarda-minik-avtomobilleri-toqqusdu-yaralilar-var
Oxunma sayı: 2333

Biləsuvar rayonunda yol qəzası qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Melioratorlar qəsəbəsinin yaxınlığında baş verib.

Belə ki, Vəliyev Mirəli Abasət oğlunun idarə etdiyi “Hyundai Santa Fe” və Vəliyev Alim Rzaxan oğlunun “Vaz 2109” markalı minik avtomobilləri toqquşub.

Qəzada “Vaz 2109” markalı minik avtomobilin sürücüsü və digər avtomobilin sərnişini olan Tahirova Şəfəq Gülağa qızı müxtəlif dərəcəli xəsarət alıblar. 

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov