Biləsuvarda “Pikap” aşdı - Yaralılar var

bilesuvarda-pikap-asdi
Oxunma sayı: 2399

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Arazbari kəndindən keçən hissəsində baş verib.

Qəzada sürücü 1982-ci il təvəllüdlü Bayram Kərəm oğlu Mehrəliyev, sərnişinlər 1984-cü il təvəllüdlü Kəmaləddin Raqif oğlu Əsədov, 1988-ci il təvəllüdlü Teyyub Nəsulla oğlu Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həyati təhlükələri yoxdur.

Qeyd edək ki, qəzaya səbəb heyvanın maşının qarşısına qəfildən çıxması olub.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov