Biləsuvarda piyadanı maşın vurdu

Biləsuvarda piyadanı maşın vurdu
Oxunma sayı: 923

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Əlifov Nəriman Həsən oğlu “VAZ 2115” markalı minik avtomobili ilə rayonun Əsgərabad kəndi ərazində hərəkətdə olarkən piyadanı vurub.

Qəzada həmin kəndin sakini İslamov Yaşılxan Amanxan oğlunun  baldır nahiyəsi sınıb və baş-beyin travması alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

Surxay Şahbazov