“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, Bakı-Astara yolunun 123-cü kilometrliyində “QAZEL” markalı yük avtomobili ilə “MERCEDES” markalı minik avtomobilinin toqquşub.
Minik avtomobilində olan 3 nəfər sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər deformasiya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.
Əməliyyat saat 23:24-də başa çatıb.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər