Biləsuvarda qəza - 71 yaşlı kişi xəsarət aldı-Video

bilesuvarda-qeza
Oxunma sayı: 2493

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev prospektində hərəkətədə olan “Vaz 2106” markalı minik avtomobili hərəkətədə olarkən onun hərəkət zolağına çıxan “Kamaz”a çırpılıb.

Qəzada minik avtomobili ciddi deformasiyaya uğrasa da, sürücü – rayonun Əliabad kənd sakini, 71 yaşlı Abbasov Ramiz Həbulla hadisədən yüngül xəsarətlərlə qurtura bilib. 

Faktla bağlı araşdırma aparılır.