Biləsuvarda şagirdin xəsarət alması ilə bağlı - Rəsmi açıqlama

bilesuvarda-sagirdin-xesaret-almasi-ile-bagli
Oxunma sayı: 1939

“Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb.

“Məsələ ilə bağlı bildiririk ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.

“Hazırda şagirdin səhhətində ciddi problem yoxdur”, - açıqlamada deyilir.