Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Mirkamil Seyidovun üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 1,433 qram tiryək aşkar olunub.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Adışirin Əliyevin üzərində şəxsi yoxlama zamanı onun əl baqajından 3 ədəd plastik qabda, ümumilikdə 294 ədəd və təsiredici maddəsinin xalis miqdarı 5,88 metadon aşkar edilib. Hər iki faktla bağlı təhqiqat aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər