26 iyun - Silahlı Qüvvələr Günündə Biləsuvar rayonunda Vətən müharibəsi qəhrəmanlarının orden və medalları təqdim olunub.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı, Vətən muharibəsinin şəhid ailələri, qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təltif olunmuş 58 biləsuvarlı şəhidin orden və medalları ailə üzvlərinə, 49 nəfər müharibə iştirakçısı və qazilərimizin orden və medalları isə özlərinə təqdim olunub.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər