Biləsuvardakı dəhşətli məktəbin – - Videosu

bilesuvardaki-dehsetli-mektebin-
Oxunma sayı: 1462


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, məktəbin dam örtüyü yararsız haldadır. Müəllimlər deyirlər ki, payız və qış aylarında suya qərq olan sinif otaqlarında nəinki dərs kemək, heç sinifə belə keçmək mükün olmur.

Tiklinin tavan hissəsindəki beton atmaların yağış və qar sularının təsirinə məruz qalması burada təhlükə saçan çatların yaranmasına səbəb olub. Bu isə məktəbin tavanını hər an üçma təhlükəsilə üz-üzə qoyub.

Bundan başqa məktəbin kanalizasiya sistmi olmadığından, yağış suları axaraq məktəbin dəhlizinə dolur. Burada yaranmış bataqlıq isə tikilinin təməlinin müxtəlif hissələrinin çökməsinə şərait yaradıb. İsti havada sinif otaqlarına xoşagəlməz qoxunun yaranır. Təhsil müəssəsindəki istilik sistemindən isə heç söz açmağa dəyməz. Sinif otaqlarınındakı əksər pəncərələrin şüşəsi qırıldığından qışda buranın isidilməsi mükünsüz olur.

Məktəbin müəllimi Faiq Rzayev bildirib ki, vəziyyətlə bağlı dəfələrlə şikayət etsələr də, heç bir nəticə olmayıb. Problemlə bağlı Biləsuvar rayon Təhsil Şöbəsindən isə açıqlama verilməyib. Qurum rəhbəri Balaqardaş Kazımov ümumiyyətlə problemi işıqlandırmağımızı məsləhət görməyib. Biləsuvar rayon İcra Hakimiyyətindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Əsgərabad kənd orta məktəbinə baxış keçirilib. Təhsil ocağının əsaslı təmir olunması artıq plana salınıb. Təmir işlərinin isə növbəti ildə reallaşacağı gözlənir. O vaxta kimi isə bu bərbad məktəbdə hər hanısı bədbəxt hadisənin baş verməyəcəyinə isə heç kim zəmanət verə bilməz.