Biləsuvardakı partlayışda ölən qadın iki uşaq anası imiş

bilesuvardaki-partlayisda-olen-qadin-iki-usaq-anasi-imis
Oxunma sayı: 2231

Ötən gün Biləsuvarda yaşayış binasındakı partlayış zamanı vəfat edən şəxsin kimliyi müəyyən olub.

Rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, axtarış-xilasetmə işləri nəticəsində 1988-ci il təvəllüdlü Günay Əliyevanın meyiti dağıntılar altından aşkar edilib.

Bundan öncə Günay Əliyevanın iki övladı yaralı halda xilas edilərək xəstəxanaya yerləşdirilmişdi. Hazırda onların müalicəsi davam edir.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Həmçinin oxuyun: Azərbaycanda yaşayış binasında partlayış - Video