Biləsuvardakı qəzada yaralananların kimliyi məlum olub - Yenilənib

bilesuvardaki-qezada-yaralananlarin-kimliyi-melum-olub
Oxunma sayı: 657

Biləsuvarda zəncirvari yol qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayon ərazisində avtobus, QAZ – 53 markalı yük maşını və minik avtomobili toqquşub.
 
İlkin məlumata əsasən, yük maşınında olan 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

***

Biləsuvar rayonunda baş verən zəncirvari yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.
 
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, xəsarət alanlar Biləsuvarda məskunlaşan Cəbrayil rayon sakinləri, hər ikisi 1977-ci təvəllüdlü Ağayev Azər Heydər oğlu və Qafarov Maşallah Məhəmmədəli oğludur.
 
A.Ağayev açıq kəllə-beyin travması diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti nisbətən yüngül olan M.Qafarov travmatologiya şöbəsində müalicə alır.
 
Faktla bağlı araşdırma aparılır.