Biletlər bitdi, əlavə biletlər satışa çıxarılacaq

biletler-bitdi-elave-biletler-satisa-cixarilacaq
Oxunma sayı: 1489


“Qafqazinfo”nun məlumatına görə, Birinci Avropa Oyunlarında dünya miqyaslı yarışların başa çatmasına səkkiz gün müddət qalmaqdadır və 3x3 basketbol, BMX, boks, suyatullanma, gimnastika, üzgüçülük və voleybol yarışlarının final mərhələlərinin biletləri satılıb.

Avropa Oyunları "idman bayramı" kimi qeyd edilir və 12 iyun tarixində baş tutmuş unudulmaz Açılış Mərasimindən sonra avropalı idmançılar dünya səhnəsində parlaq çıxışlar nümayiş etdirir və rekord sayda yerli azarkeşlər onları dəstəkləməkdə davam edirlər. Ötən bir neçə gün ərzində iyirmi idman növü üzrə hər gün orta hesabla 13000 bilet satılıb.

Bakı 2015-in biletlərinə artan tələbat barədə danışan Gənclər və idman naziri və Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov qeyd edib: “Azərbaycan xalqının Avropa Oyunlarına olan marağı inanılmazdır. İdman arenalarına toplaşan azarkeşlərin sayı və onların bütün idmançılara, xüsusi ilə Azərbaycan idmançılarına göstərdiyi dəstək bizi sevindirir.

“Avropa Oyunlarının ikinci həftəsinə daxil olduğumuz ərəfədə biz Bakıdakı arenalarda rekord sayda tamaşaçını qəbul etməyə hazırlaşırıq və hər kəsi bu tarixi idman tədbirinin bir hissəsi olmağa səsləyirik.”

Yarışları canlı izləmək istəyən hər kəs ödənişsiz şəkildə 2015 nömrəsinə zəng edə və Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzindən məlumat ala bilər.

Hər hansı idman yarışlarına qalan biletləri əldə etmək üçün www.baku2015.com veb-saytına daxil ola və ya Bakı şəhərində və idman arenalarındakı bilet kassalarına yaxınlaşa bilərsiniz.