Biletlərin hamısı satılıb

biletlerin-hamisi-satilib
Oxunma sayı: 1240


“Qafqazinfo” “Bakı-2015”-in saytına istinadla xəbər verir ki, Oyunların Əməliyyat Komitəsinin (BEGOC) əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bunun inanılmaz nailiyyət olduğunu bildirib:

“İlk Avropa Oyunlarının rəsmi açılış mərasimi Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacaq. Biz bununla qürur duymalıyıq. Biz xəyalı otuz ay ərzində reallığa çevirdik. Mən təkcə açılış mərasiminə deyil, həmçinin idman yarışlarına biletlərin satılmasına görə əməkdaşlarının 78 faizi yerli işçilərdən təşkil olunmuş BEGOC heyətinə təşəkkürümü bildirirəm”.

Bilet əldə edə bilməyənlər isə “Bakı-2015”-in rəsmi veb-saytını izləyə bilərlər. Açılış mərasimi “baku2015.com” səhifəsində canlı yayımlanacaq. Bakı vaxtı ilə saat 12-dən başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək. Mərasimin hər anı və səhnəarxası görüntüləri qeydə alınacaq.