Təşkilatçılar aprelin 21-də Moskvada “Eurovision-2017” musiqi yarışması ilə bağlı keçirilməsi planlaşdırılan partiyə biletlərin satışını dayandırıb.
“Qafqazinfo”nun “Komsomolskaya pravda” qəzetinə istinadən verdiyi məlumata görə, bu, rusiyalı müğənni Yuliya Samoylovanın müsabiqəyə buraxılmasında təhlükənin yaranması ilə bağlıdır.
Müsabiqədən öncə keçiriləcək mərasimdə 10 ölkədən olan iştirakçıların, eləcə də Y. Samoylovanın çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, “Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər