Bilgəhdə itən 15 yaşlı qız tapıldı

bilgehde-iten-15-yasli-qiz-tapildi
Oxunma sayı: 2415

Bakıda itkin düşən 15 yaşlı qız tapılıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 20-də saat 16:30 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayan 2005-ci il təvəllüdlü Tahirə Rzayevanın itkin düşdüyü haqda polisə məlumat daxil olub.

O, aprelin 21-i saat 18 radələrində tapılaraq ailəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma davam etdirilir.