İlham Əliyev “Həştərxan şəhərinin fəxri vətəndaşı” oldu

ilham-eliyev-hesterxan-seherinin-fexri-vetendasi-oldu-
Oxunma sayı: 979

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Həştərxan şəhərinin fəxri vətəndaşı” adı verilib. “Qafqazinfo” AzərTaca istinadən xəbər verir ki, bu barədə qərar Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan vilayəti üzrə regional bölməsinin təşəbbüsü ilə 2011-ci il sentyabrın 8-də “Həştərxan şəhəri” bələdiyyə qurumunun Şəhər Duması tərəfindən qəbul edilib. Sənədi Şəhər Dumasının sədri Y.Simeonova imzalayıb.

Azərbaycan dövlətinin başçısı bu fəxri ada əsası Heydər Əliyev tərəfindən qoyulmuş Rusiya-Azərbaycan dostluğunun və strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiya Federasiyasındakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə layiq görülüb.