İlham Əliyev yeraltı keçiddən keçdi

ilham-eliyev-yeralti-kecidden-kecdi
Oxunma sayı: 659

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısına məlumat verildi ki, müasir standartlara cavab verən keçidin uzunluğu 44,14 metr, eni 6, hündürlüyü isə 3 metrdir.

Prezident İlham Əliyev yeraltı piyada keçidini gəzdi. Bildirildi ki, keçidin inşası ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, avtomobillərin fasiləsiz hərəkətinə də imkan verəcək.

Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak etdi.

Məlumat verildi ki, keçidin uzunluğu 48,1 metr, eni 6, hündürlüyü isə 3 metrdir.
Keçidin inşasında əsas məqsəd sakinlərin və yaxınlıqda yerləşən orta məktəbdə təhsil alan şagirdlərin təhlükəsizliyini, eləcə də avtomobillərin fasiləsiz hərəkətini təmin etməkdir.

Prezident İlham Əliyev yeraltı piyada keçidini gəzdi.

Bildirildi ki, tikintisinə bu ilin mayında başlanılan keçiddə müasir işıqlandırma sistemi quraşdırılmış, nasosxana tikilmişdir.

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.