İlhamə Qasımovanın Avropa anşlaqı – Fotolar

ilhame-qasimovanin-avropa-anslaqi-fotolar
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, Almaniyanın məşhur konsert zallarının veb saytlarında artıq müğənnimizin verdiyi konsertlərin fotoları və bu barədə məlumatlar yerləşdirilib. Həmin məlumatlarda İ. Qasımovanı yanvar ayının 28-də Almaniyanın Fulda şəhərinin “Muzikpark Fulda” zalında keçirdiyi konsertində 1200-dən artıq tamaşacı izlədiyi bildirilir.

İ. Qasımovanın Berlində “Muzikpark” konsert zalında verdiyi konsert də fanatlarının alqış ilə yekunlaşıb. Bu konsertə 2500-dən cox tamaşacı qatılıb. Almaniyalı fanatlar mügənnimizi ayaq üstə dinləyərək konsertin sonunda ondan avtoqraf alıblar.
Karlsruhe şəhərində, “Danceclub Aqostea” zalında fevralın 4-də baş tutan konsertə də tamaşacı axını olub. Sevənlərini möhtəşəm konsert proqramı ilə heyrətləndirən İ. Qasımovanın hər çıxışı alqışlarla qarşılanıb. Konsert zalını dolduran fanatları mügənnimizi dinləmək üçün qapı ağzında belə dayanmağa razı olublar.

Beləcə İ. Qasımovanın Avropa turnesində 5 konserti uğurla başa catıb. Müğənnimizin növbəti konserti isə bu ayın 10-da Almaniyanın Lubeck şəhərində, “Muzikpark”da keçiriləcək. Həmin günün səhəri Ludwiqshafen-də “Müzikpark”da İ. Qasımovanın növbəti konserti keçiriləcək.

Nigar Məmmədli

ilhamaa.flv