Bilik Fondunda bölgə nümayəndələri ilə görüş- - Fotolar

bilik-fondunda-bolge-numayendeleri-ile-gorus-
Oxunma sayı: 779


“Qafqazinfo”ya daxil olan məlumata görə, fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, bu gün qurumun müxtəlif rayonlar üzrə nümayəndələri Bilik Fondunda olublar.

 “Qardaşlaşmış məktəblər” layihəsi sentyabrın 5-dən başlayaraq Bilik Gününə qədər 7 bölgənin müxtəlif şəhər və rayonlarındakı 20 orta məktəbdə həyata keçiriləcək. Bilik Günü bir sıra bölgə məktəblərində ilk dərsi ölkənin tanınmış elm adamları, ictimai xadimlər keçəcək. Layihə Azərbaycan ərazisindəki bütün rayonları əhatə edəcək.

Bakı məktəblilərini (190 saylı orta məktəb) Şəki, (145 saylı orta məktəb) Ağstafa, Sumqayıt məktəblilərini Quba, Mingəçevir məktəblilərini Horadiz, Biləsuvar məktəblilərini Gədəbəy, Oğuz məktəblilərini Beyləqan, BSU Məktəb-Lisey Kompleksinin şagirdlərini Tovuz, Astara məktəblilərini Ağdam, Gəncə məktəblilərini Neftçala, Şamaxı məktəblilərini Bərdə məktəbi qəbul edəcək. İki günlük səfər çərçivəsində müxtəlif səpkili tədbirlər, bilik yarışmaları keçiriləcək, tarixi yerlərə ekskursiyalar təşkil olunacaq. Proqrama məktəblərin qardaşlaşdığını göstərən rəsmi dostluq sazişinin imzalanması daxildir. Sazişə görə, məktəblilər Bilik Fondunun dəstəyi ilə mütəmadi olaraq görüşlər, dəyirmi masalar, müxtəlif yarışmalar keçirəcək, qarşılıqlı səfərlər təşkil edəcəklər.