“MKT İstehsalat Kommersiya” MMC-nin Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində təşkil etdiyi fermer övladları arasında “Bilik yarışı” yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, MMC-nin maarifləndirmə və gənclərin inkişafına dəstək məqsədilə təşkil etdiyi yarış uğurla başa çatıb.
Üç regionda (Ağdam, Cəlilabad və Salyan) keçirilən seçim mərhələlərində iştirak edən 6 komandadan arasında yüksək performans göstərən 3 komanda – Zərdab, Neftçala və Sabirabad finala yüksəlib.
Bu cür yarışlar gənclərin analitik düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi, intellektual potensialını ortaya çıxarmaqla yanaşı, onların gələcəkdə daha uğurlu və savadlı fərdlər kimi formalaşmasına da töhfə verir.
Yüksək rəqabət şəraitində keçən yarışda 1-ci yeri “Neftçala”, 2-ci yeri “Zərdab”, 3-cü yeri isə “Sabirabad” komandası tutub.
Sonda qalib gələn bütün komandalara sertifikat və hədiyyələr təqdim olunub.
Təşkilatçılar “MKT İstehsalat Kommersiya” MMC -nin gələcəkdə də bu cür tədbirləri davam etdirərək gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verməyə davam edəcəyini vurğulayıb.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir. https://www.mktcotton.com/